Lənkəranda zəlzələ olub

Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Sentyabr 2019, 17:17

Lənkəran rayonunda zəlzələ olub.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterAz-a bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb.

 

Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.