Azərbaycan radiosunda Bədii Şura yaradılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan radiosunda Bədii Şura yaradılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 12:39

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan radiosunda Bədii Şura yaradılıb. 

 

Bu barədə İnterAz-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

 

Bədii Şuranın tərkibi də artıq müəyyən olunub:

 

1. Rəşad Nəsirov - AzTV – nin sədr müavini

 

2. İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini

 

3. Eldost Bayramov – Diktor

 

4. Ələmdar Quluzadə - “Uşaq verilişləri” redaksiyasının baş redaktoru

 

5. Şəfəq Əlizanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru

 

6. Qorxmaz Şıxalıyev - “Səhər” redaksiyasının baş redaktor müavini

 

7. Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV QSC-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə topıanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

 

Qeyd edk ki, QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.