Dünya nəhəngləri ən son model avtomobillərini sərgiləyib

Avtomobil həvəskarlarının maraqla gözlədiyi Frankfurt Avtomobil Sərgisi işinə başlayıb...

Bakı, Səidə Mustafa, İnteraz - 17 Sentyabr 2019, 13:29

Avtomobil həvəskarlarının maraqla gözlədiyi Frankfurt Avtomobil Sərgisi işinə başlayıb.

 

İnterAz xəbər verir ki, 12-22 sentyabr tarixində gerçəkləşəcək sərgi mətbuat nümayəndələrinə də açıq elan olunub.

 

Sərgidə alman markaları üstünlük təşkil edir. Elektrikli və hibrid avtomobillər də çoxluqdadır.

 

Bu il nümayişə Alpin, Aston Martin, Buqatti, Sitroen, Daçia, DS, Ferrari, Abart, Alfa Romeo, Fiat, Kraysler, Cip, Şevrolet, Kadillak, İnfiniti, Mazda, Mitsubişi, Nissan, Pejo, Rolls-Roys, Subaru, Suzuki, Toyota və Volvo kimi nəhənglər özməhsullarını çıxarıb.