Kəbədə ilk azanı oxuyan «Bilal-i Habeşi» vəfat edib

"Çağırış" filmində "Bilal-i Habeşi" obrazını canlandıran Ali Ahmed Salem vəfat edib...

Bakı, Səidə Mustafa, İnteraz - 17 Sentyabr 2019, 14:25

 "Çağırış" filmində "Bilal-i Habeşi" obrazını canlandıran Ali Ahmed Salem vəfat edib.

 

 İnterAz News24.az-a istinadən xəbər verir ki, aktyor 81 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

 

Qeyd edək ki, Ali Ahmed Salem kariyerasına radio aparıcısı kimi başlayıb. O, daha sonra televiziyada verilişləri təqdim edib. Aktyor olaraq isə ilk dəfə "Şairlər Məhkəməsi" adlı komediya serialında çəkilib.