Bakı Marionet Teatrı Fransada «Leyli və Məcnun» tamaşası ilə çıxış edəcək

Bakı Marionet Teatrı Fransada “Leyli və Məcnun” tamaşası ilə çıxış edəcək...

Bakı, Səidə Mustafa, İnteraz - 17 Sentyabr 2019, 16:29

Bakı Marionet Teatrı Fransada “Leyli və Məcnun” tamaşası ilə çıxış edəcək. 

 

İnterAz report-a istinadən xəbər verir ki, Beynəlxalq Marionet Festivalı sentyabrın 21-22-də Şarlevil-Mezyer şəhərində baş tutacaq. 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə Bakı Marionet Teatrı 2013-cü ildən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir.

 

Teatrın əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulub.