"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb

Səhv messencerin son yeniləməsində aradan qaldırılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Oktyabr 2019, 16:21

"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb.

 

İnterAz "Kommersant"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub.

 

“Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib.

 

Səhv messencerin son yeniləməsində aradan qaldırılıb.