Mübariz İbrahimovun atası əməliyyat olunub

Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu bildirilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 15:12

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub.

 

İnterAz olke.az-a istinadən xəbər verir ki, o, ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov əməkdaşımızla söhbətində bildirib ki, atasının vəziyyəti tədricən yaxşılaşır.