Bakıda maşın piyada keçidində qadını vurub kənara atıb

Zərbənin gücündən qadın bir neçə metr kənara düşərək yıxılır...

Bakı, Səidə Mustafa, İnteraz - 11 Oktyabr 2019, 16:29

Bəzən piyadalar nizamlanan piyada keçidlərində qadağanedici işıq olsa belə yolu keçməyə cəhd edirlər. Düşünürlər ki, əgər piyada keçidi varsa, deməli istənilən an keçmək olar. Eyni zamanda Yol Hərəkəti Haqqında Qanunda deyilir ki, piyada yolu təhlükəsiz keçəcəyinə əmin olduqdan sonra keçməlidir. Təssüf ki, piyadavurmaların əksəriyyətində məsuliyyətsizlik heç də sürücüdə olmur. Amma bunun cəzasını sürücü çəkir.

 

İnterAz avtosfer.az-a istinadən xəbər verir ki, təqdim olunan görüntülər təxminən bir ay əvvəl Bakı şəhərində çəkilib. Nizamlanan piyada keçidindən yol avtomobillərin olsa da qadın yolu keçməyə çalışır. Bu zaman avtomobillin biri tərəfindən vurulmaqdan canını qurtarır. Lakin geri qayıtmaq əvəzinə qaçaraq irəli atılır. Bu zaman onu görməyən digər avtomobilin sürücüsü qadını vurur.

 

Zərbənin gücündən qadın bir neçə metr kənara düşərək yıxılır. Bu zaman əlindəki telefonu da kənara düşür. Amma xoşbəxtlikdən qadın ciddi xəsarət almır. Yerindən qalxır və heç nə olmamış kimi yoluna davam edir. Bu arada kənara düşən telefonunu ona qaytaran digər şəxs qadına qalxmaqda köməkli edir.