Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb

Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Oktyabr 2019, 11:15

Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

 

Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.

 

Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.