Gələn ildən müəllimlərin mərhələli şəkildə sertifikasiyası keçiriləcək

2020-ci ildən etibarən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Oktyabr 2019, 13:53

"2020-ci ildən etibarən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq".

 

İnterAz xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə "Təhsil haqqında" qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub: "Sertifikasiya prosesinə başlanması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsi, sertifikaya zamanı qiymətləndirilmənin aparılması və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".