Bu insanlara itburnu olmaz – Ölümə səbəb olar

İtburnunun faydası barədə məlumatsız adam yoxdur...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 06 Noyabr 2019, 08:15

İtburnunun faydası barədə məlumatsız adam yoxdur.  Amma heç kim onun zərəri və hansı halda əks göstəriş olması ilə maraqlanmır. İtburnu və dəmləməsi bu problemlərdə qəti olmaz.

 

İnterAz Medicina.az-a istinadən kimlərə itburnunun zərərli olacağını təqdim edir:

 

1.Qastrit, xora, eroziv yaraları, mədə-12 barmaq bağırsaq selikli qişası zədəli olanlar itburnunu çox qəbul etməməlidir. C vitamini selikli qişanı hətta yandıra bilər. 

 

2.İtburnuda olan  K vitamini qanı qatılaşdırır, tromb və varikozda ağırlaşma verir. 

 

3.Təzyiqi sala bilər

 

4.Diş emalını dağıdır, ona görə içdikdən sonra bir stəkan ilıq su ilə ağızı yaxlamaq lazımdır

 

5.Taxikardiya, kəskin ürək çatışmazlığında həkimlə məsləhətləşin

 

İtburnunun dozasını, miqdarını artıq edib, daha çox fayda alacağınızı düşünməyin. Mütləq normasını dəqiqləşdirib onu aşmayın