Quru öskürəyə qarşı kokteyl – Uşaqlar da qəbul etsin

Boğazda qıcıqlanma, qaşınma, quru öskürək gecələr xüsusilə artaraq, hər kəsi narahat edir...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 09:33

Boğazda qıcıqlanma, qaşınma, quru öskürək gecələr xüsusilə artaraq, hər kəsi narahat edir. 

 

İnterAz Medicina.az-a istinadən bu problemə qarşı asan, təbii resepti təqdim edir:

 

1 ədəd banan, 1 xörək qaşığı kakao tozu, 1 stəkan isti süd. Banan əzilir, üzərində kakao səpilib qarışdırılır. İsti süd əlavə olunur. Kokteyl kimi yuxudan əvvəl içilir. Kurs 5-7 gündür 

 

Banan bronxları yumşaldır, sakitləşdirir. Böyüklər, hamilələr, uşaqlar istifadə edə bilər.