“ASAN xidmət” mərkəzləri noyabrın 9-da işləməyəcək

9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri həmin gün işləməyəcək...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 11:37

9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzləri həmin gün işləməyəcək.  

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən İnterAz-a verilən məlumata görə, vətəndaşlar noyabrın 10-dan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

 

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür. Ona görə də “ASAN Kommunal” mərkəzləri noyabrın 11-dən işləyəcək.  

 

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

 

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.