Orqanizmi zəhər və toksinlərdən təmizləyən detoks resepti

Hind təbabətində orqanizmi ziyanlı maddələrdən təmizləmək üçün bir çox effektli reseptlər mövcuddur...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 14:15

Hind təbabətində orqanizmi ziyanlı maddələrdən təmizləmək üçün bir çox effektli reseptlər mövcuddur.

 

İnterAz Saglamolun.az-a istinadla sizə belə reseptlərdən birini təqdim edir:

 

İnqrediyentlər:

 

- yarım l su

 

- 1 x.q. bal

 

- yarım ç.q. zəncəfil

 

- yarım ç.q. darçın

 

- yarım ç.q. sarıkök

 

- 1 limonun şirəsi

 

- 10 yarpaq nanə

 

Hazırlanması:

 

Ədviyyatları və nanəni şüşə qaba tökün, üzərinə qaynar su tökün, qapaqla bağlayın. İlıq olanda dəmləməni süzün, bal və limon şirəsini əlavə edin, qarışdırın.

 

Bu faydalı içkini gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan olmaqla için. Müalicə müddəti - 3 gün.