Bakıda evdən 8900 dollar oğurlayan şəxs saxlanılıb

Faktla bağlı araşdırma aparılır...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 15:12

Bakıda evdən 8900 ABŞ dolları oğurlanıb.

 

Bu barədə İnterAz-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən oktyabrın 7-də rayon ərazisindəki evlərin birindən 8900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cahangirzadə saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.