Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakıda oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayəti də məlum olub...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 12 Noyabr 2019, 15:05

Bakıda oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayəti də məlum olub.

 

Bu barədə İnterAz-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, oğurluq etdiyinə görə tutulan N.Vəliyevin ətrafında Binəqədi Rayon Polsi İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 1000 manat, 300 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd DVD aparatı oğurlaması da müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.