Bakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 17 Noyabr 2019, 13:58

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

 

İnterAz bu barədə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

 

Bildirilir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.