Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb

...qış fəsli Azərbaycana dekabrın 22-si saat 08:19 dəqiqədə daxil olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 09:27

Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından İnterAz-a verilən xəbərə görə, qış fəsli Azərbaycana dekabrın 22-si saat 08:19 dəqiqədə daxil olacaq.

 

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınır.