TƏBİB Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Yanvar 2020, 16:02

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

 

TƏBİB-dən İnterAz-a daxil olan məlumatda bildirilir ki, yanvarın 11-də saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

 

12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib.

 

Uşaq valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.  

 

Faktla bağlı araşdırma aparılır.