Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enib

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Yanvar 2020, 09:50

Yanvarın 15-i axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, bəzi yaşayış məntəqələrinə qar yağıb.

 

İnterAz xəbər verir ki, Qubanın Xınalıq və Qrız kəndində qarın hündürlüyü 13 santimetr, Xaltan kəndində 5 santimer, rayon mərkəzində isə 3 santimer təşkil edib. Qusarda 4 santimer, Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 5 santimerə çatıb.

 

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib.