Uşağın ağlını artıran qidalar – Siyahı

Alimlər hansı qidaların uşaq beynini güclü və yaxşı işlətdiyini açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 10:35

Alimlər hansı qidaların uşaq beynini güclü və yaxşı işlətdiyini açıqlayıb.

 

Onlar bir neçə elmi araşdırma ilə uşaqların beyninə hansı meyvə-tərəvəzin necə təsir etdiyini təyin ediblər.

 

Məlum olub ki, əqli qabiliyyətlər üçün tərkibində çoxlu dəmir elementi olan qidalar lazımdır.

 

Bir sözlə, dəmir defisiti yaşayan uşaqların ağıllı və dərrakəli olmasından söhbət gedə bilməz.

 

İnterAz Medicina.az-a istinadən xəbər verir ki, tədqiqatda 1500 uşaq və yeniyetmə iştirak edib. Analizlər göstərib ki, kimin qanında hemoqlobin azdırsa, onlar zehni və məntiqi tapşırıqları edə bilməyib, diqqətini bir obyektdə cəmləməkdə çətinlik çəkiblər. Daha gec düşünür, daha zəif yaddaşları var.

 

Bu uşaqlara hər gün bu meyvə-tərəvəzdən ən azı 3-4-ü verilməlidir.

 

- Qoz, tumlar, toxumlar, nar, brüssel kələmi, ispanaq, göyərtilər, mərci, paxlalılar.

 

Xüsusən nar şirəsi içirin.

 

Amma nar şirəsini borucuq ilə içsinlər ki, diş emalını dağıtmasın.

 

Valideynlərə məsləhət görülür ki, uşaqda əqli inkişafda bir az gerilik, dərslərini öyrənməkdə çətinlik çəkdiklərini görsələr bu qidaları artırsınlar. Toxum və tumları çiy versinlər.

 

Bu hər hansı bir toxum ola bilər: balqabaq, günəbaxan, kətan, küncüt və s.

 

Belə qidalanma 3 ay çəkməlidir, sonra fasilə.

 

Eləcə də uşaq əzgin, depressiv, az hərəkətlidirsə, deməli, qanda dəmir çatışmır.