Azərbaycanda Novruz çərşənbələrinin tarixləri açıqlanıb

...bu il ilk - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Fevral 2020, 09:33

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

 

İnterAz-ın məlumatına görə, bu il ilk - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək. Martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq.

 

Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

 

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.