İlahiyyatçı Şeyx Sərdar Hacıhəsənli azadlığa çıxıb

Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2020, 10:37

Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb. 

 

İnterAz xəbər verir ki, gecə saatlarında ruhani həbsdən azad olunub.  

 

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli 2017-ci il fevralın 22-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 168.1.3 maddəsi ilə (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittihamı irəli sürülüb.

 

Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.