Azərbaycan-Ermənistan sərhədində cansız bədəni tapılan şəhid dəfn edilib

Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2020, 14:36

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib.

 

İnterAz-ın xəbərə görə, Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbçinin meyiti neytral ərazidən götürülüb.