Bakıda zəncirvari qəzada 3 nəfər ölüb

...hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Fevral 2020, 17:44

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

TƏBİB-dən İnterAz-a verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

 

Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.