Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirilib

Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 25 Mart 2020, 14:51

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.

 

Bu barədə İnterAz-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

 

Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

 

Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

 

Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

 

Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq.