Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Mart 2020, 18:40

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

 

İnterAz-ın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda əksini tapıb.

 

Onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

 

Eyni zamanda ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.