Azərbaycanlı milyarderlər Prezident İlham Əliyevin çağırışına qoşulublar

...Professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər.

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Mart 2020, 19:09

Professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər. 

 

İnterAz xəbər verir ki, bu barədə News24.az-a professor İlham Rəhimovun Mətbuat Xidmətindən məlumat verilib. 

 

“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.