Xüsusi karantin rejimində evdən çıxmaq zərurəti yarandıqda hansı sənədlərin götürülməli olduğu açıqlanıb

...Əhalidən evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmək xahiş olunur

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Mart 2020, 15:43

Əhalidən evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmək xahiş olunur.

 

İnterAz-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə müraciətində əksini tapıb.

 

Eyni zamanda fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslərin xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyətinin isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarınını özləri ilə götürmək xahiş olunur.