Azərbaycanda indiyədək 359 nəfər koronavirusa yoluxub

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Aprel 2020, 14:21

Azərbaycanda indiyədək 359 nəfər koronavirus infeksiyasına yoluxub.

 

İnterAz-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır  qiymətləndirilir, digərlərinin səhhəti stabildir.