Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Aprel 2020, 19:33

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

 

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

 

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.