TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 44 753 test aparılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Aprel 2020, 07:22

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 5-nə olan statistik göstəriciləri açıqlayıb.

 

İnterAz xəbər verir ki, məlumatda sutka ərzində Azərbaycanda koronavirusla bağlı 3 080 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 44 753 test aparılıb. 

 

Xatırladaq ki, dünən Azərbaycanda koronavirusa 63 yeni yoluxma və 2 ölüm faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 584 yoluxma aşkarlanıb. Onlardan 32-si sağalıb, 7-si ölüb. Hazırda aktiv xəstə sayı 545-dir.