DTX-ın saxladığı məmurların adları bilinib

Əməliyyat-istintaq tədbirləri davam etdirilir..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 May 2020, 13:56

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar var.

 

İnterAz-ın Lent.az -a istinadən xəbərinə görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb.

 

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.