Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb

Azərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 May 2020, 15:22

Azərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

 

İnterAz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

 

Hazırkı dövrədək ölkəmizdə 3 138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 944 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226 005 test aparılmışdır.