Ötən həftə Azərbaycanda koronavirusun pik həddi qeydə alınıb

...Ötən həftə ölkədə 755 nəfər koronavirusa yoluxub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 17:23

“Ötən həftə ölkədə 755 nəfər koronavirusa yoluxub. Bu da o deməkdir ki, həmin zaman pik hədd yaşanıb”.

 

İnterAz xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

TƏBİB sədri qeyd edib ki, bu həftə isə ölkədə 581 nəfər virusa yoluxub: “Həftə tam başa çatmayıb. Amma yolxuma hallarının çoxluğunu müşahidə edirik”.