COVID-19-a yoluxmanın Azərbaycanın ən çox hansı bölgəsində qeydə alındığı açıqlanıb

Ölkədə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 17:42

Ölkədə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıb.

 

İnterAz-ın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Onun sözlərinə görə, yoluxanların 47,4 faizi Bakı, 10,8 faizi Aran, 9,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ, 0,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Şəki-Zaqatala, 0,1 faizi Naxçıvanın payına düşür.

 

R. Bayramlı qeyd edib ki, koronavirusa yoluxanların 6,9 faizi xaricdən gələnlərdir.