Azərbaycanda koronavirusa yoluxmuş 3 982 nəfərdən 2 506-sı sağalıb, 49-u vəfat edib

Hazırkı dövrədək ölkəmizdə 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 May 2020, 16:02

Hazırkı dövrədək ölkəmizdə 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 

 

Bu barədə İnterAz-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, onlardan 2 506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 265.067 test aparılıb.