Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mini keçib

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 May 2020, 16:31

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

 

İnterAz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2607 nəfər müalicə olunaraq sağalmış, 49 nəfər vəfat etmiş, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.