Azərbaycanda koronavirusdan sağalanların sayı 2 819-a çatıb

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 May 2020, 18:24

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

 

İnterAz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Hazırkı dövrədək ölkəmizdə 4 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1 532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.