Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi olacaq

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 16:21

Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

 

Bu barədə İnterAz-a Nazirlər Kabinetindən məlumat verilib. 

 

Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir.