Avtobus və taksilərə maskasız daxil olmaq qadağan olunub

İctimai nəqliyyatda maskadan istifadə məcburi olacaq..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 16:32

İctimai nəqliyyatda maskadan istifadə məcburi olacaq.

 

İnterAz-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarda bildirilib. 

 

Bildirilib ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan, yəni avtobus, taksi, metro, dəmiryolu və s. nəqliyyat vasitələrində, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi olacaq.