İbadət yerlərində, elm və səhiyyə müəssisələrində maskalardan istifadə məcburi olacaq

...İbadət yerlərində, elm və səhiyyə müəssisələrində maskalardan istifadə məcburi olacaq

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 May 2020, 16:53

Tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə tibbi maskalardan istifadə məcburi olacaq. 

 

İnterAz-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarında bildirilir.