Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

...Bildirilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 May 2020, 17:08

Mayın 31-i saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

 

Bu barədə İnterAz-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

 

Bildirilib ki,  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur.