Qərargah: Hansısa rayonda ocaq aşkarlanarsa, o rayonda xüsusi karantin rejiminin tətbiqi mümkündür

Onun sözlərinə görə, bu məsələyə selektiv yanaşılacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 18:31

“Hansısa rayonda koronavirus ocağı aşkarlanarsa, o rayonun qapadılması və xüsusi karantin rejiminin tətbiqi mümkündür”.

 

İnterAz-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

Onun sözlərinə görə, bu məsələyə selektiv yanaşılacaq.