Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlanıb

Bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 18:40

"Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür. Bakıda yenə Yasamal rayonunda yoluxma çoxluq təşkil edir. Bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb".

 

İnterAz xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

"Masallı Əlişanlı kəndində 12, Xaçmazın Köhnə Xaçmaz kəndində 12 yoluxma qeydə alınıb. Salyanda 114, Cəlilabadda 101 yoluxma qeydə alınıb".