Naxçıvandan Bakıya uçuşlar bərpa olunur - Rəsmi

...İyunun 8-dən sonra Naxçıvan-Bakı reysinin başlaması nəzərdə tutulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 18:48

İyunun 8-dən sonra Naxçıvan-Bakı reysinin başlaması nəzərdə tutulub.

 

İnterAz-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bütün uçuşlar qaydalara uyğun olacaq:

 

"Reyslərin sayı və sərnişin sayı əvvəlki kimi olmayacaq. Sərnişinlər arasında məsafə qorunması üçün sərnişin sayına məhdudiyyət qoyulacaq".