Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 29-na olan statistik göstəriciləri açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 May 2020, 09:42

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 29-na olan statistik göstəriciləri açıqlayıb.

 

İnterAz xəbər verir ki, məlumatda gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 934 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 289 603 test aparılıb.

 

Xatırladaq ki, dünən Azərbaycanda 230 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 103 pasiyent sağalıb.