Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Iyun 2020, 16:49

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə deputat Fazil Mustafa nəlumat paylaşıb.

 

N.Məmmədovla tələbə yoldaşı olduğunu deyən F.Mustafanın sözlərinə görə, 55 yaşlı hakim hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib:

 

"Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.

 

Qeyd edək kii, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apelyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apelyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi.