«Azərişıq» ASC-nin avtomobili «KamAZ»la toqquşub, xəsarət alanlar var

Qubada iki yük avtomobili toqquşub, xəsarət alanlar var...

Quba, Xanlar Cəbrayılov, , İnteraz - 29 Iyun 2020, 11:12

Qubada iki yük avtomobili toqquşub, xəsarət alanlar var.

 

İnterAz-ın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində baş verib. Hadisə nəticəsində iki yük avtomobili toqquşub.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, hadisəyə səbəb "Azərişıq" ASC-yə məxsus xidməti avtomobilin qarşısına qoyunların çıxması olub. Nəticədə arxadan gələn "KamAZ" sürəti tənzimləyə bilmədiyindən "QAZ 53"ə çırpılaraq yoldan çıxıb.

 

Sürücülər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.