Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu elan edib

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 18:00

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

 

İnterAz Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

 

Tələb olunan sənədlər:

 

Ərizə;

 

Şəxsiyyət vəsiqəsi;

 

Diplom;

 

İnternatura vəsiqəsi;

 

Sertifikat;

 

Əmək kitabçası.